Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 4-də ABŞ lideri Donald Trampla telefon danışığı aparacaq.
Bu barədə "Frans Press" agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbətin Ukraynaya yardım göstərmək üçün "istəklilər koalisiyası"nın iclasından sonra saat 14:00-da (Bakı vaxtı ilə 16:00) başlaması planlaşdırılır.
Qeyd olunur ki, görüşdə Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunacaq.
/report