Avropa liderləri yenidən Vaşinqtona gəlir - Trampla görüşəcəklər

Avropa liderləri yenidən Vaşinqtona gəlir - Trampla görüşəcəklər
DÜNYA
14:35 08.09.2025
228
Rusiyanın Ukraynaya ən böyük hava hücumundan sonra Tramp bir neçə Avropa liderinin Vaşinqtona gələcəyini açıqlayıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bunu ötən gün jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
 
Amerika lideri hansı liderlərin gələcəyini dəqiqləşdirməyib, lakin diplomatik mənbələr danışıqların Ağ Evdə baş tutacağını gözləyir..
 
Məlumata görə, Rusiyanın Ukraynaya raket hücumundan sonra Ağ Ev tərəfindən Rusiyaya geniş sanksiyalar paketi tətbiq olunub.
  
"Rusiyaya və onunla əlaqəli olanlara qarşı sanksiyalar, sərt tariflər və ticarət məhdudiyyətləri tətbiq edilməlidir. İtkilər hiss edilməlidir. Bu, həqiqətən də məcburedicidir", - deyə Zelenski sosial şəbəkədə paylaşım edib.
 
Xatırladaq ki, Aİ 2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən sonra Rusiya nefti və qazının alışını əhəmiyyətli dərəcədə azaldıb. 
 
Qeyd edək ki, Rusiya dünən Ukraynaya ən böyük hava hücumunu həyata keçirib. Hücum nəticəsində 4 nəfər ölüb, Kiyevdə Nazirlər Şurasının binası yandırılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR