Avropa Liqası: Kavani həftənin futbolçusu seçildi

Avropa Liqası: Kavani həftənin futbolçusu seçildi
İDMAN
20:41 07.05.2021
463
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

AZXEBER.COM-un məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Edinson Kavani layiq görülüb.

34 yaşlı uruqvaylı forvard İtaliyada "Roma"ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib.

Qeyd edək ki, evdəki ilk oyunda 6:2 hesabı ilə qələbə qazanan "qırmızı şeytanlar" səfərdəki məğlubiyyətə baxmayaraq, finala vəsiqə qazanıblar. Mançester təmsilçisinin mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək həlledici matçdakı rəqibi İspaniya "Vilyarreal"ı olacaq.

OXŞAR XƏBƏRLƏR