Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları - NƏTİCƏLƏR

İDMAN
10:44 03.08.2012
1355

Ötən gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ÇL-dən fərqli olaraq Avroliqanın bütün görüşləri eyni gündə baş tutub.

Təəssüf ki, bu mərhələdə heç bir təmsilçimiz iştirak etməyib. II təsnifat mərhələsində "İnter"i mübarizədən kənarlaşdıran Yunanıstanın "Asteras Tripolis" klubu öz meydanında Portuqaliyanın "Maritimo" komandası ilə qarşılaşıb və görüş 1:1 hesabı ilə başa çatıb.

"Xəzər Lənkəran"ın qarşısını kəsən Polşanın "Lex" klubu səfərdə İsveçin AİK komandasının qonağı olub və darmadağınla üzləşib - 0:3. İlk mərhələdə "Bakı"nı üstələyən "Mura" (Sloveniya) isə səfərdə "Arsenal"la (Ukrayna) üz-üzə gəlib və həmin oyunda da eyni hesab qeydə alınıb - 0:3.

Türk komandalarından "Bursaspor" səfərdə Finlandiyanın KuPS klubuna 0:1 hesabı ilə uduzub. "Eskişehirspor" klubu isə doğma azarkeşləri önündə Fransa nəhəngi "Marsel"in müqavimətini qıra bilməyib - 1:1.

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab görüşləri isə bir həftə sonra - ayın 9-da keçiriləcək.

2 avqust

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları00:00. "Sarayevo" (Bosnia və Hersoqovina) - "Zeta" (Monteneqro) - 2:1 Qollar: Sulyiç, 17 (1:0), Bolevis, 43 (2:0), Bozoviç, 45 (2:1)00:00. "Voyvodina" (Serbiya) - "Rapid" (Avstriya) - 2:1 Qollar: Oumarou, 75 (1:0), Hoffmann, 82-avtoqol (1:1), Boyoviç, 90 (2:1)00:00. "Atletik" (İspaniya) - "Slaven" (Xorvatiya) - 3:1Qollar: Lopez, 16 (1:0), 68 (3:1), Deliç, 19 (1:1), Markel, 20 (2:1)00:05. "AdmMödlinq" (Avstriya) - "Sparta Praqa" (Çexiya) - 0:2Qollar: Mevoungou, 29-avtoqol (0:1), Kvekue, 58 (0:2)23:45. "Saint Patrick's" (İrlandiya) - "Hannover" (Almaniya) - 0:3Qollar: Andreasen, 6 (0:1), Pander, 68 (0:2), Konan Ya, 80 (0:3)23:45. "Eskişehirspor" (Türkiyə) - "Marsel" (Fransa) - 1:1Qollar: Jinyak, 49 (0:1), Nuhiu, 62 (1:1)23:45. "Hayduk" (Xorvatiya) - "İnter" (İtaliya) - 0:3Qollar: Sneyder, 18 (0:1), Naqatomo, 44 (0:2), Koutinyo, 73 (0:3)23:45. "Dandi Yunayted" (Şotlandiya) - "Dinamo" (Moskva, Rusiya) - 2:2 Qollar: Flad, 37 (1:0), Semişov, 45 (1:1), Gunning, 76 (2:1), Kokorin, 90 (2:2)23:15. "Horsens" (Danimarka) - "Elfsborq" (İsveç) - 1:1Qollar: Nilson, 65 (0:1), Faqerberq, 90-pen (1:1)23:30. "Videoton" (Macarıstan) - "Gent" (Belçika) - 1:0Qol: Nikoliç, 78 (1:0)23:30. "Srvena Zvezda" (Serbiya) - "Omoniya" (Kipr) - 0:023:00. "Genk" (Belçika) - "Aktobe" (Qazaxıstan) - 2:1 Qollar: Vossen, 18-pen (1:0), Badlo, 25 (1:1), Monrose, 44 (2:1)23:00. "Qomel" (Belarus) - "Liverpul" (İngiltərə) - 0:1Qol: Dauninq, 68 (0:1)23:00. "Asteras Tripolis" (Yunanıstan) - "Maritimo" (Portulaqiya) - 1:1Qollar: Rayo, 48 (1:0), Fidelis, 71 (1:1)22:45. "Tvente" (Hollandiya) - "Mlada Boleslav" (Çexiya) - 2:0 Qollar: Fer, 52 (1:0), Çadli, 58 (2:0)22:45. "Styaua" (Rumıniya) - "Spartak" (Slovakiya) - 0:1Qol: Mikoviç, 6 (0:1)22:45. "Servette" (İsveçrə) - "Rusenburq" (Norveç) - 1:1Qollar: Şneyder, 68 (1:0), Dokkal, 81 (1:1)22:30. "Heerenveen" (Hollandiya) - "Rapid" (Rumıniya) - 4:0 Qollar: Djuriçiç, 9 (1:0), 63 (2:0), De Roon, 69 (3:0), Fazli, 89 (4:0)20:00. "Anji" (Rusiya) - Vitesse (Hollandiya) - 2:0Qollar: Şatov, 63 (1:0), Smolov, 74 (2:0)20:30. KuPS (Finlandiya) - "Bursaspor" (Türkiyə) - 1:0Qol: Puri, 73 (1:0)21:00. "Arsenal" (Ukrayna) - "Mura" (Sloveniya) - 3:0Qollar: Mazilu, 6 (1:0), Kovpak, 61 (2:0), Matoukou, 83 (3:0)21:00. "Dila" (Gürcüstan) - "Anortosis" (Kipr) - 0:1Qol: Okkas, 69 (0:1)22:00. "Rid" (Avstriya) - "Legiya" (Polşa) - 2:1Qollar: Qartler, 52 (1:0), Hadziç, 62-pen (2:0), Lyuboya, 84 (2:1)22:00. "Tromso" (Norveç) - "Metallurq" (Ukrayna) - 1:1Qollar: Ondrasek, 43 (1:0), Laziç, 88 (1:1)22:00. "Bney Yehuda" (İsrail) - PAOK (Yunanıstan) - 0:2Qollar: Georgiadis, 62 (0:1), Athanasiadis, 72 (0:2)22:00. "Kalmar" (İsveç) - "Yanq Boys" (İsveçrə) - 1:0Qol: Andersen, 18 (1:0)22:00. AIK (İsveç) - "Lex" (Polşa) - 3:0Qollar: Sorentzson, 60 (1:0), Borges, 78 (2:0), Lundberq, 86 (3:0)22:00. "Rux" (Polşa) - "Viktoriya" (Çexiya) - 0:2Qollar: Stipek, 80 (0:1), Duris, 85 (0:2)22:00. APOEL (Kpir) - "Aalesunds" (Norveç) - 2:1

OXŞAR XƏBƏRLƏR