Avropa Liqasının ¼ final mərhələsində rəqiblər bəlli olub

İDMAN
17:22 20.03.2015
1565

İlk oyunlar aprelin 16-da keçiriləcək.

Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində yerləşən mənzil-qərargahında futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin püşkü atılıb.AZXEBER.COM-un məlumatına görə, püşkün nəticələri belədir:

“Dnepr” (Ukrayna) – “Brügge” (Belçika)“Dinamo Kiyev” (Ukrayna) “Fiorentina” (İtaliya)“Volsburq” (Almaniya) – “Napoli” (İtaliya)“Zenit” (Rusiya) – “Sevilya” (İspaniya)İlk oyunlar aprelin 16-da, cavab oyunları isə aprelin 23-də olacaq.Avropa Liqasının final oyunu mayın 27-də Varşava Milli Stadionunda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR