21 yaşadək futbolçulardan ibarət Fransa millisinin heyəti bəlli olub.
AzxeberSport-un məlumatına görə, baş məşqçi Silven Ripol Gürcüstan və Azərbaycan yığmaları ilə Avropa Çempionatının seçmə mərhələsindəki görüşlərinə görə komandaya 23 futbolçu çağırıb:
Qapıçılar: Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə);
Müdafiəçilər: Benua Badiaşile (Monako), Melvin Bard (Lion), Kolin Daqba (PSJ), Bafode Diakite (Tuluza), Bubakar Kamara (Marsel), Jül Kunde (Sevilya, İspaniya), Krist-Emanuel Faytout Maoussa (Renn), Obite Evan Ndiçka (Ayntraxt, Almaniya);
Yarımmüdafiəçilər: Maksen Kaquere (Lion), İbrahima Diallo (Brest), Matteo Genduzi (Arsenal, İngiltərə), İmran Louza (Nant), Arno Nordin (Sent-Etyenn), Ceff Peyn-Adelaid (Lion), Bubakari Soumare (Lill);
Hücumçular: Mussa Diabi (Bayer, Almaniya), Erik Dina Ebimbe (Dijon), Amine Qouiri (Nitsa), Brayan Mbeumo (Brentford, İngiltərə), Odson Eduard (Seltik, Şotlandiya).
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu sentyabrın 7-də Sumqayıtda keçiriləcək. Fransalılar bundan üç gün əvvəl Gürcüstanla üz-üzə gələcək.