Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəldi

İDMAN
21:15 19.05.2024
239
Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.

AZXEBER.COM Reporta istinadən xəbər verir ki, təmsilçimiz əvvəlcə yer aldığı B qrupunu birinci pillədə başa vurub.

Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə qazanıb - 4:2.

Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.

OXŞAR XƏBƏRLƏR