Avropa nəhəngləri Fatih Terimi istəyir

İDMAN
12:36 15.03.2013
1976

AZXEBER.COM-un məlumatına görə, “imperator” ləqəbli baş məşqçinin xidmətində xüsusilə İtaliya klubları maraqlıdır.

Belə ki, son illər əvvəlki əzəmətini itirən “İnter” və “Roma”, həmçinin “Latsio” Terimi transfer etmək istəyir. “Qalatasaray”ın baş məşqçi postuna 3-cü dəfə keçdikdən sonra ilk ildə komandanı Türkiyə çempionu edən, ikinci ildə isə Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanan Fatih Terim isə mövsümün sonuna qədər heç bir təkliflə maraqlanmayacağını bildirib. Təcrübəli mütəxəssisin “cimbom”la müqaviləsinə əsasən, o, sezon sonu olmaq şərti ilə istədiyi vaxt qarşılıqlı razılaşma ilə komandadan ayrıla bilər.

Qeyd edək ki, Fatih Terim daha əvvəl İtaliya A Seriyasında “Fiorentina” və “Milan”ı çalışdırıb.

OXŞAR XƏBƏRLƏR