Bakıda 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib.
AZXEBER.COM xəbər verir ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hiki bildirib ki, 2015-ci ildə keçiriləcək oyunlara çox ciddi hazırlıqlar gedir.“Hələlik işlərin gedişi qənaətbəxşdir. Biz dünən keçirdiyimiz görüşdə də qarşımızda görüləcək işləri də müzakirə etdik”.AOK icraiyyə komitəsinin üzvü Kapralos Sprilos isə öz növbəsində bildirib ki, ilk Avropa Oyunlarında bir çox yeniliklər etmək istəyirik:“İnanırıq ki, bu yeniliklər idman növlərinə çox müsbət təsir edəcək”.Azərbaycan gənclər və idman naziri Azad Rəhimov tədbirdə bildirib ki,ilk Avropa Oyunları Azərbaycan tarixində böyük əhəmiyyətə malikdir.“İnanırıq ki, oyunlar arzulanan səviyyədə keçəcək. Biz oyunların yayımlanması üçün Avropa kanalları ilə danışıqlar aparırıq. Bizim əsas hədəfimiz 49 ölkəni əhatə etməkdir”.