Avropa Oyunlarında əcnəbini qarət edən şəxsə hökm oxundu - 7 il 6 ay

KRİMİNAL
13:08 19.02.2016
2112
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə xarici vətəndaşlara qarşı qarətdə təqsirləndirələrək həbs edilən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Nanaz Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə dövlət ittihamçısı Namaz Bəkirovun 7 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Namaz Bəkirov son sözündə çıxışında bildirib ki, hazırda həbsdə olan atası və nənəsinin yanına getmək istəyir.
Məhkəmənin hökmü ilə Namaz Bəkirov 6 il 6 ay müddətə azadılıqdan məhrum edilib.
Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 17 yaşlı Namaz Bəkirov Bakıda əməliyyat komitəsinin əməkdaşkarı olan Avstraliya və Böyük Britaniya vətəndaşlarını qarət edib. O, onların birindən 650 AZN , digərindən sə 150 AZN pullarını alıb.

OXŞAR XƏBƏRLƏR