Avropa Oyunlarında ilk medalımızı qazandıq

İDMAN
13:48 13.06.2015
6655
Güləş üzrə kişilər arasında 71 kq Yunan-Roma yarışında yarımfinal oyunları keçirilir.
ANS PRESS-in məlumatına görə, təmsilçimiz Rəsul Cunayev Bolqarıstandan olan Sliven Kostadinovla mübarizə aparıb. Güləşçimiz inamlı oyun nümayiş etdirib və rəqibi qarşısında təmiz qələbə əldə edib.
Rəsul Cunayev 4:0 hesablı qələbə ilə adını finala yazıdırıb. Təmsilçimiz finalda Gürcüstan-Macarıstan cütlüyünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Rəsul Cunayev finalda uduzsa belə artıq gümüş medalı təmin edib.
OXŞAR XƏBƏRLƏR