Avropa Oyunlarında ilk yarışlar keçirilib

İDMAN
14:04 12.06.2015
1362
Avropa Oyunlarında mübarizəyə ilk başlayan sinxron üzgüçülər olub. Bu məqsədlə Bakı su idman sarayı səhərin erkən saatlarından sinxron üzgüçülərin ixtiyarına verilib.
İnformator-un məlumatına görə, zərif cütlüklər yarışdan öncə son məşqlərini edib. Saat 9-dan etibarən yarışlara start verilib. Sinxron üzgüçülük Azərbaycan üçün ənənəvi idman növlərindən sayılmasa da bu yarışlarda ölkəmiz 2 idmançı ilə təmsil olunur.
Azərbaycan yığmasının üzvü Tatyana Nikitina solo yarışlarda özlərini sınayacaqlarını və uğur qazanmağa inamlı olduqlarını bildirib. Yığmamımızın digər üzvü Yekaterina Valiulina da yarışlara tam hazır olduqlarını bildirib: “Məşqçimiz daim bizimlə məşğul olub. Bizi psixoloji cəhətdən yarışlara hazırlayıb. Burda emosiyalarını cilovlamaq çox çətindir. Amma biz buna nail olduq”.
Yığmanın baş məşqçisi Larisa Kapustina isə bildirib ki, kiçik səhvlərə baxmayaraq finala çıxmaq üçün mübarizə aparacaqlar: " Çox xoş idi ki, yarış cığırına çıxanadək idmançılarımıza azarkeş dəstəyi verildi. Qızlar toparlandılar və etimadı doğrultmaq üçün hər şeyi etdilər. Hərçənd, kiçik səhvlər var idi. Biz digər yarışlarda finala çıxmağa çalışacaq və indiki qiymətdən daha artığına layiq olduğumuzu sübuta yetirəcəyik".
Sinxron üzgüçülükdə favarot göstərilən Ukrayna, Rusiya, İspaniya isə ümidləri doğrultdu və təsnifat yarışlarının ilk üçlüyünü müəyyənləşdirib.
Iyunun 13-də sinxron üzgüçülükdə solo və ertəsi gün isə mütləq proqram üzrə çıxışlar başlayacaq.
OXŞAR XƏBƏRLƏR