Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır

Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
DÜNYA
23:24 04.05.2022
336
Avropa Parlamenti Avropa İttifaqında əsas sənədlərə düzəlişlər etməklə islahatların aparılmasını dəstəkləyən qətnamə qəbul edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, sənəd "Avropanın Gələcəyi” konfransı çərçivəsində il ərzində Avropa ölkələrinin rezidentləri ilə ictimai məsləhətləşmələr nəticəsində qəbul edilib.

"Parlament etiraf edir ki, konfransın yekununda irəli sürülən iddialı və konstruktiv təkliflər müqavilələrə yenidən baxılmasını, xüsusən də Aİ daxilində daha çox sadəliyin, şəffaflığın, hesabatlılığın və demokratiyanın təmin edilməsini tələb edir”, - AP-nin bəyanatında deyilir.

Avropa Parlamenti konkret təkliflər hazırlamalı və bütün Aİ ölkələrini təmsil edən Avropa İttifaqı Şurasına təqdim etməlidir. Aİ-nin təsis sənədlərini dəyişdirmək üçün Avropa ölkələrində ümumxalq səsverməsinin keçirilməsi lazım gələ bilər.

İctimai müzakirələrdə bəyənilənlər arasında əsas qərarların yekdilliklə qəbul edilməsi prinsipinin ləğvi kimi təkliflər də var. Bu, bir çox avropalı deputatların fikrincə, çox vaxt Aİ-nin səmərəli fəaliyyətinə, mühüm qərarların qəbuluna mane olur.

Bundan əlavə, Avropa Parlamentinin deputatlarına qanunvericilik təşəbbüsünün verilməsi təklif edilir. Təkliflər həmçinin Aİ-yə səhiyyə, enerji, miqrasiya və müdafiə məsələləri ilə bağlı daha böyük səlahiyyətlərin verilməsini nəzərdə tutur ki, bu da hazırda əsasən milli hökumətlərin üzərinə düşür.

Gözlənildiyi kimi, "Avropanın gələcəyi” konfransının yekunları rəsmi olaraq mayın 9-da Avropa İttifaqına sədrlik edən Fransa prezidenti Emmanuel Makrona, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə çatdırılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA