Avropa Parlamenti husiləri terror təşkilatları siyahısına daxil etmək istəyir

Avropa Parlamenti husiləri terror təşkilatları siyahısına daxil etmək istəyir
DÜNYA
00:18 24.10.2026
147
Avropa Parlamentinin deputatları Yəməndə fəaliyyət göstərən "Ənsar Allah” hərəkatının (husilərin) Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsini tələb ediblər.

Bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat verilib.

Qəbul edilən qətnamədə Avropa İttifaqı Şurasına husilərin hərbi və siyasi qanadlarının, rəhbərliyinin, eləcə də hərbi və təhlükəsizlik strukturlarının terror təşkilatları siyahısına salınması çağırışı edilib.

Deputatlar həmçinin hərəkatın maliyyələşdirilməsinin bütün kanallarının bağlanmasını, husilərə və onların dəstəkçilərinə məxsus vəsaitlərin və iqtisadi resursların dondurulmasını istəyiblər.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR