Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb

Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb
18:30 09.10.2025
285
Avropa Parlamenti Rusiyanın Polşa, Estoniya, Latviya, Litva və Rumıniya kimi Aİ və NATO üzv dövlətlərinin hava məkanını pozmaqla törətdiyi "məsuliyyətsiz və eskalasiyaedici hərəkətləri”ni qəti şəkildə pisləyən qətnamə qəbul edib.

Parlament üzvləri həmçinin Danimarka, İsveç və Norveçdəki kritik infrastruktura qarşı məqsədlyönlü PUA hücumlarını da qınayıb.

Avropa Parlamentinin üzvlərinin sözlərinə görə, bunlar Rusiyanın "Aİ və onun üzv dövlətlərinə qarşı sistematik hərbi və hibrid müharibəsinin və təxribatlarının” bir hissəsidir.

Qətnamədə qeyd olunur ki, Polşa, Estoniya və Rumıniyanın hava məkanında baş vermiş bu hadisələrə görə tam və birmənalı məsuliyyət Rusiyanın üzərinə düşür.

Parlament üzvləri, Aİ-nin "PUA divarı” konsepsiyasını və "Şərq Cinahı Nəzarət” təşəbbüslərini alqışlayır, eyni zamanda, Aİ-nin cənub cinahında birbaşa təhlükə ilə üzləşən bütün üzv dövlətləri əhatə edən hərtərəfli müdafiə tədbirlərinin vacibliyini vurğulayırlar.

Onlar hesab edirlər ki, Rusiyanın Aİ-yə qarşı həyata keçirdiyi diversiya və hibrid fəaliyyətlərin miqyası dövlət tərəfindən maliyyələşdirilən terrorizm səviyyəsinə çatır, baxmayaraq ki, bu fəaliyyətlər silahlı hücum fazasına daxil olmayıb.

Qətnaməyə əsasən, Aİ iradə nümayiş etdirməli və hər hansı üçüncü dövlətin üzv dövlətin suverenliyini pozmaq cəhdinə dərhal cavab verəcəyini açıq şəkildə göstərməlidir. AP üzvləri həmçinin Şuraya və Komissiyaya Rusiyaya qarşı sanksiyaların effektivliyini və təsir gücünü artırmaq çağırışı edirlər ki, bu da Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini davam etdirmək imkanlarını tamamilə zəiflədəcək.

Cəza tədbirləri Belarus, İran və Şimali Koreya kimi Rusiyanın fəaliyyətlərinə dəstək verən bütün dövlətləri də əhatə etməlidir.

AP üzvləri həmçinin dron və raketlərin istehsalı üçün zəruri olan komponentlər və hərbi avadanlıq təmin edən Çin şirkətlərinə qarşı da sanksiyaların tətbiqini müdafiə edirlər.

AP üzvləri təcili şəkildə "Avropa Müdafiə İttifaqı”na doğru irəliləməyin vacibliyini vurğulayırlar.

Qəbul olunmuş qətnamə müdafiə sahəsində, xüsusilə PUA texnologiyası və əks tədbirlər istiqamətində Ukrayna ilə əməkdaşlığın əhəmiyyətli dərəcədə gücləndirilməsini tələb edir. Həmçinin, Avropa Müdafiə Sənaye Proqramı (EDIP) üzrə qanunvericiliyin tez bir zamanda yekunlaşdırılmasına çağırır. Bu proqram, "Avropanın Təhlükəsizlik Fəaliyyəti” (SAFE) ilə birlikdə, Ukraynadan öyrənmək və Ukraynanı pilotsuz hava vasitələri (PUA) müharibəsi sahəsində dəstəkləmək məqsədilə maliyyə resurslarının səfərbər edilməsinə yönəldilməlidir.

Qətnamə 469 lehinə, 97 əleyhinə və 38 bitərəf səslə qəbul olunub.
 
apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
00:04 10.10.2025
"Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir" - Ayxan Abbasov
Gəncədə itkin düşən məktəbli tapılıb
23:47 09.10.2025
Gəncədə itkin düşən məktəbli tapılıb
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
23:44 09.10.2025
Almaniyada NATO bazası üzərində naməlum dron görünüb
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
23:35 09.10.2025
Ağdaşda kişi və qadın sirkə içdi - Biri öldü
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
23:29 09.10.2025
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
23:13 09.10.2025
Arzu Əliyeva və Alyona Əliyeva sosial qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil ediblər
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
22:57 09.10.2025
HƏMAS davamlı atəşkəsin başladığını elan edib
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
Azərbaycanda xanım “tiktoker”ə canlı yayımda ev hədiyyə edildi - VİDEO
21:25 09.10.2025
Azərbaycanda xanım “tiktoker”ə canlı yayımda ev hədiyyə edildi - VİDEO
Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır
21:13 09.10.2025
Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır