Avropada süni intellektlə bağlı yeni qanunun əhatə dairəsi müəyyən edilib.
AZXEBER.COM xarici mətbuata istinadlə xəbər verir ki, Avropa Parlamentinin komitələri ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək.
Komitə üzvləri, üzv ölkələrlə süni intellekt qanunu ilə bağlı keçiriləcək danışıqlarda AP-nin mövqeyini müəyyən edəcəklərini qeyd ediblər. İnsan təhlükəsizliyi üçün qəbuledilməz risk yaradan süni intellekt sistemləri qadağan ediləcək. Bura şüuraltı və ya qəsdən manipulyasiya üsullarını tətbiq edən, siyasi kampaniyalarda seçicilərə təsir etmək üçün süni intellekt sistemlərindən istifadə yüksək risk kateqoriyasına düşəcək.
Eyni zamanda cins, irq, etnik mənsubiyyət, vətəndaşlıq statusu, din, siyasi oriyentasiya kimi həssas elementlərdən istifadə edən təsnifat sistemləri qadağan ediləcək.
Şəbnəm Zahir