“Avropa Parlamentinin bu addımı sülhə vurulan ciddi zərbədir” - Deputat

“Avropa Parlamentinin bu addımı sülhə vurulan ciddi zərbədir” - Deputat
SİYASƏT
14:12 19.12.2025
137
Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Bəyanat müzakirəyə çıxarılıb. Milli Məclisin Bəyanatı səsverməyə çıxarılaraq qəbul edilib. Avropa Parlamentində qətnamələr konkret maraq qrupları tərəfindən qəbul edilir. Bu, Avropa Parlamentinin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. Qəbul edilən qətnamə Avropa Parlamentinin əsl mahiyyətini, real niyyətini ifşa edir. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Avropa Birliyinin dünən Azərbaycan əleyhinə qəbul etdiyi bəyanat sülhə qarşı yönəlib:

"Avropa Birliyinin dünən Azərbaycan əleyhinə qəbul etdiyi bəyanat təkcə AB-nin təşəbbüsü deyil, həm də Ermənistanla birgə fəaliyyətinin nəticəsidir və sülh prosesinə qarşı yönəlib. Çünki bir müddət əvvəl AB-nin Ermənistanla tərəfdaşlıq haqqında imzaladığı xüsusi gündəm sənədində Azərbaycanla bağlı həqiqətlər təhrif edilmiş, ölkəmizin ərazisində baş verən hadisələr hüquqi baxımdan düzgün qiymətləndirilməmişdi. Sözügedən iki sənəd arasındakı əlaqə göstərir ki, Avropa Parlamenti 30 il davam edən münaqişə dövründə işğalçılığı dəstəklədiyi kimi, bu gün də müharibə ritorikasını təşviq edir. AP-nin bu addımı sülhə vurulan ciddi zərbədir. Buna görə də belə bəyanatları qətiyyətlə qınayırıq”.

Deputat bildirib ki, Avropa Parlamentinin bəyanatı heç bir hüquqa sığmır:

"Əgər doğrudan da AP üçün ümumbəşəri və humanist dəyərlər ali hesab olunursa, Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinə məruz qalmış insanların hüquqlarının təmin olunması ilə bağlı qətnamə qəbul etsin. Eyni zamanda, I Qarabağ müharibəsindən sonra taleyi hələ də naməlum qalan itkin düşmüş şəxslərlə bağlı da qətnamə qəbul olunsun”.

"Əks təqdirdə, Avropa Parlamentinin Azərbaycan üzərində heç bir hüquqi səlahiyyəti yoxdur. AP-nin bu cür addımları qərəzli mövqenin açıq göstəricisi kimi tarixə düşəcək”,-deyə parlamentari vurğulayıb. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR