Avropa Şurası Rusiyada bloklanan Azərbaycan KİV-lərinə dəstək verib

Avropa Şurası Rusiyada bloklanan Azərbaycan KİV-lərinə dəstək verib
DÜNYA
17:09 16.04.2022
338
Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ( Roskomnadzor) tərəfindən bloklanması ilə bağlı müraciət Avropa Şurasının "The Platform for the Protection of Journalism and Safety of Journalists" adlı xüsusi platformasında yerləşdirilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu haqda müraciəti imzalayan Jurnalistlərin Həmkarlar İttifaqı təşkilatının sədri Müşfiq Ələsgərli bildirib.

Qeyd edilən müraciət dünyanın nüfuzlu media təşkilatları tərəfindən qeydə alınıb, Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirilib:

"Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu və Avropa Jurnalistlər Federasiyasına istinad edilməklə, bizim müraciətimiz həm də Avropa Şurasının "The Platform for the Protection of Journalism and Safety of Journalists" adlı xüsusi platformasında yerləşdirilib. Bizim müraciətimizin AŞ platformasında yerləşdirilməsi məsələnin beynəlxalq dövlətlərarası təşkilatlar müstəviinə çıxması anlamına gəlir. AŞ platforması beynəlxalq media, hüquq müdafiə və insan haqları təşkilatları üçün mühüm istinad mənbəyidir”, - o qeyd edib.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin ("Oxu.az”, "Haqqin.az", "Minval.az", "Musavat.com” və s.) Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ( Roskomnadzor) tərəfindən bloklanması ölkənin media ictimaiyyətində haqlı etiraz doğurub. Azərbaycanın 10-a yaxın jurnalist təşkilatı Azərbaycan media ictimaiyyətinin bu yöndə etirazlarını ümumiləşdirərək martın 28-də etiraz bəyanatı ilə çıxış edib. Rusiyanın əlaqədar dövlət qurumlarına müraciət edərək bu yanlış qərarın aradan qaldırılmasına çağırmışdılar. Həmçinin, milli jurnalist təşkilatları beynəlxalq statuslu media qurumlarına müraciət edərək, faktın pislənməsi üzrə həmrəylik nümayiş etdirməyə çağırıblar.

"Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirilib. Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, Avropa Jurnalistlər Federasiyası və başqa bir sıra qurumlar Azərbaycan jurnalistlərinin müraciətinə müsbət reaksiya verərək, Rusiya tərəfindən atılan addımı pislədilər. Azərbaycan jurnalist təşkilatlarının müraciətini öz saytlarında yerləşdirərək həmrəylik nümayiş etdirdilər. Xəbərin bu saytlarda yerləşdirilməsi imkan yaratdı ki, bütün dünya ictimaiyyəti mövzu üzrə məlumat alsınlar”, - Müşfiq Ələsgərli qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
18:32 22.08.2025
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
18:27 22.08.2025
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
18:22 22.08.2025
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
18:10 22.08.2025
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
Rus bölməsində "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə nə verəcək? - AÇIQLAMA
17:46 22.08.2025
Rus bölməsində "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə nə verəcək? - AÇIQLAMA
Lavrov: Zelenski hər şeyə "yox" cavabı verdi
17:34 22.08.2025
Lavrov: Zelenski hər şeyə "yox" cavabı verdi
NATO Baş katibi Ukraynada Zelenski ilə görüşüb
17:24 22.08.2025
NATO Baş katibi Ukraynada Zelenski ilə görüşüb
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərləndi
17:13 22.08.2025
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərləndi
Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb
17:03 22.08.2025
Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
16:58 22.08.2025
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
Lənkəranda qadının üzərinə beton pilitə aşıb
16:57 22.08.2025
Lənkəranda qadının üzərinə beton pilitə aşıb
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi
16:38 22.08.2025
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
16:35 22.08.2025
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
16:30 22.08.2025
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
16:19 22.08.2025
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü
16:15 22.08.2025
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü