Avropa Şurası Ukraynaya yardım məqsədilə 3.056 milyard avroluq vəasiti təsdiqləyib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yulia Sviridenko özünün "X” hesabında məlumat verib.
O, Ukraynaya dəstək üçün verilən hər bir qərarın Avropanın vəhdətinə töhfə olduğunu bildirib.