Avropa təhlükədə - 1065 nəfər öldü

Avropa təhlükədə - 1065 nəfər öldü
DÜNYA
12:54 21.07.2022
410
Avropa ölkələrini təşvişə salan istilər iyulun 7-18-də Portuqaliyada 1065 nəfərin ölümünə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, rəsmilər yaxın günlərdə ölüm nisbətinin artacağından qorxurlar.

Portuqaliya Dəniz və Atmosfer İnstitutunun (IPMA) məlumatına görə, ölkədə havanın temperaturu "yüksək yanğın riski” səviyyəsində qalır. Havanın temperaturunun 40 dərəcədən yuxarı olduğu ölkədə bəzi bölgələrdə hazırda davam edən 13 yanğın səbəbindən ərazinin 80 faizində quraqlıq yaşanır, yüzlərlə yaşayış məntəqəsi alov təhlükəsi altındadır.

İspaniyada da10 gündür davam edən dəhşətli istilərin ən azı 500 nəfərin ölümünə səbəb olduğu bildirilib. İspaniya Meteorologiya Agentliyinin (AEMET) açıqladığı məlumatlara görə, ölkədə 1975-ci ildən bəri ən yüksək temperatur qeydə alınıb.
 
Aydın

OXŞAR XƏBƏRLƏR