Avropa Təhlükəsizlik Şurası yaradılır: İştirak edə biləcək ölkələrin ADLARI

Avropa Təhlükəsizlik Şurası yaradılır: İştirak edə biləcək ölkələrin ADLARI
DÜNYA
07:30 17.09.2026
862
Avropa İttifaqı Böyük Britaniya, Kanada, Norveç, Ukrayna və digər mümkün ölkələrin iştirakı ilə Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edəcək.

AZXEBER.COM "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində "Avropa İttifaqının vəziyyəti haqqında" illik çıxışı zamanı bildirib.

Aİ Avropa Təhlükəsizlik Şurası yaratmaq istəyir və Ukrayna da bu quruma dəvət ediləcək.

"Uzun müddətdir ki, qitəmizin təhlükəsizliyinə yönəlmiş liderlər formatını müzakirə edirik. Kanada, Norveç, Ukrayna, Birləşmiş Krallıq və digər tərəfdaşların iştirakı ilə", - deyə fon der Lyayen bildirib.

O vurğulayıb ki, risklərin xarakteri və miqyasını nəzərə alsaq, bu məsələ hazırda daha da aktualdır.

"Buna görə də Avropa Təhlükəsizlik Şurasını reallığa çevirmək üçün ideyalarımızı təqdim edəcəyik", - deyə Avropa Komissiyasının Prezidenti vəd edib.

Fon der Lyayen, həmçinin bildirib ki, Aİ-nin baş diplomatı Kaya Kallasla birlikdə NATO-nun 4-cü maddəsini tamamlamalı olan Avropa İttifaqının yeni təhlükəsizlik strategiyasını təqdim edəcək.

Avropa Komissiyasının Prezidenti Ukrayna üçün ABŞ istehsalı olan "Patriot" raketdən müdafiə sistemlərinin alınacağını və "Freya" layihəsi əsasında Aİ ilə birgə raket əleyhinə müdafiə sisteminin yaradılacağını vəd edib.

Bundan başqa, fon der Lyayen "Avropa İttifaqının vəziyyəti haqqında" çıxışı zamanı Kanadanın Aİ-nin assosiativ üzvü olmasını təklif edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
20:14 07.11.2026
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!