Sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyev ailə qurub.25 yaşlı idmançının toyu Bakıdakı "Şərq Sarayı"nda baş tutub.
Mərasimə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev, millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, olimpiya çempionu və mükafatçılarımızla yanaşı, Bakıda səfərdə olan rusiyalı 3 qat olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyev də qatılıb. Saytiyev çıxış edərək, Hacı Əliyevin güləş üslubunu bəyəndiyini və onun bir idmançı kimi daha böyük uğurlarının hələ irəlidə olduğunu bildirib. O, idmançımıza karyerasında və ailə həyatında uğurlar arzulayıb.
Mərasim tanınmış müğənnilərin ifaları ilə davam edib.