Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Brüsseldə, Avropa Parlamentinin (AP) və Avropa Xalqları Partiyasının (AXP) nümayəndələri ilə görüşlər keçirir.
AZXEBER.COM-un məlumatına görə, keçirilən görüşlərdə Avropa Parlamentinin üzvü, AXP-nın Beynəlxalq əlaqələr xidmətinin rəhbəri xanım Yoanna Yaretska-Qomezlə AXP və YAP arasında ikitərəfli əlaqələr müzakirə olunub və bu əlaqələr yüksək qiymətləndirilib.
Qeyd olunub ki, 2011-ci ildə AXP-nın Buxarestdə qəbul edilmiş Yeni Əməkdaşlıq Platformasına xüsusi diqqət yetirilməli və ikitərəfli əlaqələr bu sənəd üzərində qurulmalıdır.Avropa Parlamentinin üzvü, AXP-nın vitse-prezidenti Korin Vortman-Kul ilə görüşdə YAP-ın AXP ilə həyata keçirdiyi birgə layihələr yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.
Habelə, YAP gənclərin AXP-də və Avropa Parlamentində keçirdiyi qısa müddətli təcrübə praktikası xüsusi qeyd olunub və belə layihələrin davam etdirilməsi müsbət tendensiya kimi dəyərləndirilib.Litvanın keçmiş Prezidenti, hazırda Avropa Parlamentinin deputatı V.Landsbergislə görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilmiş bir neçə böyük beynəlxalq forum xüsusi qeyd edilib və belə tədbirlərin keçirilməsinin ölkənin xaricdəki imicinin yüksəlməsində müsbət rol oynadığı AP deputatı tərəfindən vurğulanıb.AP tərəfindən təşkil edilmiş işçi naharında Latviyadan və Almaniyadan olan deputatlar xanım İnese Vaydera və İnqo Fridrix iştrak ediblər.
Nahar zamanı AP və Milli Məclis, AXP və YAP arasında olan münasibətlər müzakirə edilib, Avropanın Azərbaycana olan marağı, AXP və YAP arasında olan əməkdaşlığın səmərəli inkişafı qeyd olunub.AP-nin üzvü, AXP-nin Azərbaycanla bağlı məruzəçisi, Ruminiyalı xanım Monika Makovey ilə görüşdə Azərbaycanda gedən siyasi proseslər müzakirə edilib, YAP-ın bu proseslərdə yaxından və fəal iştirakı müsbət amil kimi qeyd edilib.
Habelə, YAP-ın AXP-yə inteqrasiya məsələləri, bu istiqamətdə gələcəkdə aparılacaq işlər müzakirə edilib və Monika Makovey bu əlaqələrin inkişafına olan dəstəyini qeyd edib.YAP-ın sədr müavini Ə.Əhmədovun AXP-nın Baş katibinin müavini Kristian Kremerlə keçirdiyi görüşdə AXP-nin YAP-la genişlənən əlaqələri, gələcək layihələr müzakirə edilib və qeyd olunub ki, hər iki tərəfdən olan səfərlər bu əlaqələrə müsbət təsir göstərir və belə səfərlərin davamlı olması qərara alınıb.