Avropada yanacağın kəskin bahalaşması qeydə alınır. Benzinin 1 litri 2 avroya qalxaraq - fransızlar üçün acı həqiqətə çevrilib. Ölkənin bir çox rayonlarında yanacaq qiymətləri tarixi rekordlar vurmaqdadır. Fransız Neftistehsalçıları Assosiasiyasının verdiyi məlumata əsasən, bu gün yanacaq qiymətləri 2008-ci il böhranında olduğundan daha sürətlə bahalaşır.Digər Avrozona ölkələrində də oxşar vəziyyət hökm sürür. Avropada Brent markalı xam neft ilin əvvəlindən nə az, nə çox 17% bahalaşaraq, bir bareli 126 dollara çatıb. Neftin bahalaşması avtomatik olaraq benzinin də qiymətlərini qaldırıb. Belə ki, hazırda Avropa Birliyində benzinin bir litrinin orta qiyməti 1.55 avroya bərabərdir.