Avropada ekstremal istilər: Bir sıra ölkələrdə temperatur rekordları qeydə alınıb

Avropada ekstremal istilər: Bir sıra ölkələrdə temperatur rekordları qeydə alınıb
DÜNYA
21:28 28.06.2026
985
Almaniyanın Meteorologiya Xidməti (DWD) ardıcıl üçüncü gündür temperatur rekordları qeydə alır.

Bu barədə "N-t"v telekanalı meteoroloqlara istinadla məlumat yayıb.

İyunun 28-də saat 16 radələrində (Bakı vaxtı ilə 18:00) Almaniya-Polşa sərhədində, Brandenburq əyalətinin Koşen yaşayış məntəqəsində yerləşən DWD meteoroloji stansiyası 41.7 dərəcə temperatur qeydə alıb.

İyunun 26-da ilk maksimum göstərici Saarbrükkendə 41.3 dərəcə olub, şənbə günü isə Saksoniya-Anhalt federal torpağının Drevits yaşayış məntəqəsində temperatur 41.5 dərəcəyə çatıb. Meteoroloq Karsten Brandtın fikrincə, bu, son hədd deyil. Termometrlərin göstəricisi daha da yüksələ bilər.

Bundan əlavə, iyunun 28-nə keçən gecə Almaniyada meteoroloji müşahidələr tarixinin ən isti gecəsi olub. Şərqi Saksoniyadakı Kubşüts kommunasında gecə temperatur 29.4 dərəcə təşkil edib.

Avstriyanın paytaxtı Vyanada da temperatur tarixi maksimumunu yeniləyərək iyunun 28-də 40 dərəcəyə çatıb. Avstriyanın Hava Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) temperaturun pik həddi İnereştadt rayonunda qeydə alınıb. Avstriya paytaxtında əvvəlki temperatur rekordu 2013-cü ildə qeydə alınmışdı. Həmin vaxt termometrlər 39.5 dərəcə göstərmişdi.

Bundan başqa, Polşanın şimalındakı Torun şəhərində havanın temperaturu 40.3 dərəcəyə çataraq tarixi maksimumu yeniləyib. Əvvəlki temperatur rekordu 1921-ci il iyunun 29-da qeydə alınmışdı. Həmin vaxt Polşanın qərbində yerləşən Proşkov şəhərində havanın temperaturu 40.2 dərəcəyə çatmışdı.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır