Aİ Komissiyası daha sərt qaydalara tabe olacaq Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformaların və axtarış sistemlərinin siyahısını müəyyən etdiyini açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki. Google, Facebook, YouTube, Twitter və Apple Avropa Birliyinin (Aİ) çox sayda istifadəçisi olan və buna görə də ciddi qaydalara tabe olan əsas rəqəmsal platformalar siyahısındadır.
Açıqlamada Alibaba, Amazon, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, Twitter, Wikipedia, YouTube və Zalandonun nəhəng onlayn platforması Bing və Google həm də çox böyük axtarış motoru kimi təsnif edilir.
Açıqlamada, müəyyən edilmiş 19 platformanın 4 ay ərzində qanun çərçivəsində bütün yeni öhdəliklərə əməl etməli olacağına diqqət çəkilib.
Yeni qaydalara əsasən, rəqəmsal platformalar Aİ tərəfindən daha sərt şəkildə tənzimlənəcək.
Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər.
Təkrar pozuntular halında, sözügedən rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.
Mikayıl