Avropada qazın qiyməti enməkdə davam edir.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, qiymətin aşağı düşməsi havaların isti keçməsi fonunda baş verir.
Bu da istilik mövsümünün başlanmasını təxirə salır.
Çərşənbə axşamı, 1 noyabr 2022-ci il, dekabrın çatdırılması üzrə qaz fyuçersləri regional etalon olan Hollandiyada 4,3% azalaraq MVt/saat üçün 118 avroya (min kubmetr üçün 1234 dollar) düşüb.
Ayşən