Avropada quş qripi panikası: Bu ölkədə 50 min heyvan məhv ediləcək

Avropada quş qripi panikası: Bu ölkədə 50 min heyvan məhv ediləcək
DÜNYA
12:19 02.08.2023
273
Finlandiyada quş qripi olduğu təsbit edilən təsərrüfatlarda təxminən 50000 heyvanın məhv edilməsi qərara alınıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Qida İdarəsi göstəriş verib.

Finlandiyanın YLE xəbər agentliyinin məlumatına görə, iyul ayından bəri ölkədə ən azı 20 fermada quş qripinə yoluxma halları qeydə alınıb.
 
Finlandiya Qida İdarəsi tərəfindən edilən yazılı açıqlamada deyilir:

"Quş qripi infeksiyalarına gəldikdə mink xüsusilə problemli növdür. Bu ona görədir ki, minklərin yuxarı tənəffüs yollarında həm quş, həm də insan qripi viruslarına bağlana bilən reseptorlar var. Bu, minkləri hər iki qrip ştammının yaratdığı infeksiyalara qarşı həssas edir”.

Açıqlamada qeyd edilib ki, minklər həssas olurlar, çünki quş qripinə qarşı ara ev sahibi kimi digər məməlilərdən daha təsirli ola bilirlər və virusun daha təsirli şəkildə mutasiyaya uğrayaraq insanlara yoluxmasını təmin edə bilirlər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR