Avropada Tesla satışları kəskin azaldı

Avropada Tesla satışları kəskin azaldı
DÜNYA
11:21 24.04.2025
112
Avropa İttifaqı ölkələrində Tesla markalı avtomobil satışları ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.
 
AZXEBER.COM xarici mətbuta istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-mart ayları üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, ABŞ-li milyarder İlon Maska məxsus Tesla-nın avtomobil satışları Aİ ölkələrində azalıb. Keçən ilin mart ayında 28 463 olan Tesla satışları bu ilin eyni dövründə 36 faiz azalaraq 18 224-ə düşüb.

Markanın Aİ-də ümumi yeni avtomobil satışlarında payı da mart ayında 2,8 faizdən 1,8 faizə düşüb.

Yanvar-mart dövründə Teslanın Aİ ölkələrində satışları keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.

Keçən ilin ilk rübündə 65 min 774 olan Tesla satışları bu ilin birinci rübündə 36 min 167-yə düşüb. Şirkətin Aİ bazarındakı ümumi payı da 2,4 faizdən 1,3 faizə düşüb.

Gülay
OXŞAR XƏBƏRLƏR