Avropada yeni virus aşkarlandı: Supervirus sürətlə yayılır

SAĞLAMLIQ
16:21 19.10.2021
741
Epidemiya zamanı bitmiş hesab edilən qrip fərqli bir şəkildə ortaya çıxıb. Xəstəliyə yoluxanların koronavirus testlərinin nəticəsi mənfi olsa da, onlarda şiddətli qrip simptomları müşahidə olunur.

Mütəxəssislərin super qrip adlandırdığı xəstəlik 15-44 yaşlı şəxslər arasında Avropada sürətlə yayılır.

Ağır qripdən əziyyət çəkənlərdə yuxarı tənəffüs yolu infeksiyaları, öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu itkisi kimi simptomlar olur.

İngiltərənin Səhiyyə Təhlükəsizliyi Təşkilatının rəqəmləri soyuqdəymə və qrip, öskürək və ya nəfəs almaqla bağlı problemli müraciətlərin artdığını göstərir.

Kardiff Universitetinin professoru Ronald Eccles super qripi tənəffüs yolu virusu olaraq təsdiqləyib.

Onun sözlərinə görə, tənəffüs yolu virusu soyuqdəyməyə bənzər simptomlara malikdir, lakin iki yaşdan kiçik körpələrdə və yaşlılarda daha ciddi nəticələrə səbəb ola bilər.

OXŞAR XƏBƏRLƏR