Avropalı məşhurlar festivalda Qəzza üçün çağırış etdilər

Avropalı məşhurlar festivalda Qəzza üçün çağırış etdilər
DÜNYA
14:17 13.02.2024
110
"Bəli, 20 min sadəcə rəqəmdir, önəmli olan ölüləri adları ilə xatırlamaqdır. Qəzzada baş verənlər soyqırımdır və biz hökumətimizi bunu dayandırmağa çağırırıq”.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri İspaniyanın Goya Cinema Mükafatları Mərasimində "ən yaxşı yeni rejissor” mükafatını alan rejissor Etibaliz Urresola deyib. 

Urresola bu sözlərinə görə alqışlarla qarşılanıb.

Festivalın açılışında "La Casa de Papel” serialının Nayrobi obrazını canlandıran aktrisası Alba Flores də atəşkəslə bağlı çağırış edib: 

"Gecəniz xeyir və Fələstinə azadlıq!”

Qeyd edək ki, hər iki məşhur səhnəyə sinələrində Qəzza yazılan broşla çıxıblar.

Oksana
OXŞAR XƏBƏRLƏR