Almaniya və Danimarka daxil olmaqla, Avropa İttifaqı ölkələrindən olan bəzi turistlər ABŞ Prezidenti Donald Trampın hərəkətləri və siyasəti fonunda Birləşmiş Ştatlara səyahətdən imtina edirlər.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Independent" qəzeti Avropanın turizm agentliklərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, turistlərin ABŞ-yə səfər etməmək qərarına təsir edən amillər arasında Ağ Evin ABŞ-Avropa alyansından narazılıq, Qrenlandiyanın ilhaqı təklifi, qlobal ticarət müharibəsində iştirak, sərhəd və viza siyasətlərinin sərtləşdirilməsi, habelə qeyri-qanuni mühacirlərin təqibi yer alıb
Qeyd edək ki, avropalılar 2023-cü ildə ABŞ-yə səfərlərə 155 milyard dollar xərcləyiblər.