“Avropalıyıqmı?! - kimlik, inteqrasiya, müstəsnalıq” - Beynəlxalq layihə
GƏNCLİK
15:48 14.08.2012
1964
Azərbaycan Gənclər Fondunun və Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə avqustun 31-dən sentyabrın 22-dək “Avropalıyıqmı?! - kimlik, inteqrasiya, müstəsnalıq” adlı beynəlxalq layihə həyata keçiriləcəkdir. Layihə çərçivəsində Almaniya, Rumıniya və Türkiyədə keçiriləcək tədbirlərdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ölkəmizi təmsil edəcəkdir. Sentyabrın 16-dan 22-dək 6 ölkədən 45 nümayəndənin iştirak edəcəyi tədbirə isə Azərbaycan ev sahibliyi edəcəkdir. Beynəlxalq tədbirdə hər bir ölkənin avrointeqrasiya prosesində gənclər siyasəti barədə fikir mübadiləsi aparılacaqdır. AGAT-ın mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, layihəyə qoşulmaqda məqsəd Azərbaycanın 1 milyon qaçqınının problemləri haqqında məlumatı avropalı gənclərə çatdırmaqdır. AGAT layihə çərçivəsində avropalı gəncləri qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələrinə aparmaq və orada müzakirələr keçirmək niyyətindədir. Layihə barədə https://empower-training.de/not/%28NOT%29_European/Home.html