Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir - FOTO

Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir - FOTO
SİYASƏT
08:28 22.10.2026
107
Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada təşkil olunan "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın paytaxtı Milan şəhərində növbəti fotosərgi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, ziyarətçilərə məlumat verilib ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və bu, davamlı sülhə ziyan vurur. Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir.

Xatırladaq ki, kampaniya çərçivəsində oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.

Qeyd edək ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb. Oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də "Schuman" meydanında itkin düşən azərbaycanlıların ailə üzvləri aksiyalar keçirib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4 010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.
 







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var
09:18 22.10.2026
Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var
SEPAH Bəsrə körfəzində neft tankerlərini vurdu
09:14 22.10.2026
SEPAH Bəsrə körfəzində neft tankerlərini vurdu
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
09:10 22.10.2026
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
09:01 22.10.2026
Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
UEFA Konfrans Liqasında II turun oyunları keçiriləcək
08:54 22.10.2026
UEFA Konfrans Liqasında II turun oyunları keçiriləcək
Tramp: ABŞ hazırda İranla danışıqlar aparmır
08:46 22.10.2026
Tramp: ABŞ hazırda İranla danışıqlar aparmır
Bu ölkə silahlanma üçün Avropa İttifaqından 1 milyard avro istəyir
08:39 22.10.2026
Bu ölkə silahlanma üçün Avropa İttifaqından 1 milyard avro istəyir
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir - FOTO
08:28 22.10.2026
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir - FOTO
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:21 22.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
08:11 22.10.2026
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub - FOTOLAR
08:03 22.10.2026
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub - FOTOLAR
Bu ölkənin iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
07:56 22.10.2026
Bu ölkənin iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
“İranla müharibə etdiyim ən yaxşı işlərdən biridir”
07:50 22.10.2026
“İranla müharibə etdiyim ən yaxşı işlərdən biridir”
Polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var
07:46 22.10.2026
Polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var
"Axios": İsrailin onlarla qırıcı təyyarəsi İran sərhədinə yaxınlaşdı
07:40 22.10.2026
"Axios": İsrailin onlarla qırıcı təyyarəsi İran sərhədinə yaxınlaşdı
Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən və xəsarət alanlar var
07:36 22.10.2026
Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən və xəsarət alanlar var