Avropanın ən güclü klublarının mübarizəsi başlayır

Avropanın ən güclü klublarının mübarizəsi başlayır
İDMAN
07:24 18.09.2012
1498
Avropanın ən nüfuzlu klub turniri - Çempionlar Liqasının qrup mərhələsi başlayır. Bu gün turnirdə 8 oyun keçiriləcək.
Bu il qrup mərhələsində mübarizə aparmaq hüququnu daha çox İngiltərə (“Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Mançester Siti”) və İspaniya (“Real”, “Valensiya”, “Barselona”, “Malaqa”) klubları qazanıblar. Almaniya (“Borrusiya”(Dortmund), “Şalke”, “Bavariya”), Portuqaliya (“Portu”, “Benfika”, “Braqa”) və Fransa (“Lill”, “Monpelye”, “Pari Sen-Jermen”) üç, İtaliya (“Yuventus”, “Milan”), Ukrayna (“Dinamo” (Kiyev), “Şaxtyor”) və Rusiya (“Spartak”, “Zenit”) iki klubla təmsil olunur. Xorvatiya (“Dinamo” (Zaqreb)), Yunanıstan (“Olimpiakos”), Belçika (“Anderlext”), Hollandiya (“Ayaks”), Danimarka (“Nordşelland”), Belarus (BATE), Şotlandiya (“Seltik”), Rumıniya (ÇFR) və Türkiyənin (“Qalatasaray”) bir klubu ən nüfuzlu turnirin kuboku uğrunda yarışacaq.
Çempionlar Liqasında qələbələrin sayına görə İspaniya liderdir. Onun klubları, daha dəqiqi, “Barselona” və “Real” 13 dəfə turnirin qalibi olublar. İtaliya və İngiltərə isə bir qələbə fərqlə geridədirlər.
Turnirin ən təcrübəlit iştirakçısı “Real”dır. “Kral klubu” Çempionlar Liqasında 44-cü dəfədir mübarizə aparır. “Benfika” (32) və Kiyev “Dinamo”su “Real”dan xeyli geri qalır. “Ayaks” və “Bavariya” 30-cu dəfədir turnirə qatılır. “Nordşelland”, “Monpelye” və “Malaqa”nın ev stadionları Çempionlar Liqasının məşhur himnini ilk dəfə eşidəcək.
Çempionlar Liqasının qrup mərhələsində 32 komanda 8 qrupa bölünüb. Qrupların qalibləri və ikinci yeri tutan klublar pley-off mərhələsində mübarizəni davam etdirəcəklər. Turnirin həlledici oyunu mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Bu stadion 2011-ci ildə də final oyununa ev sahibliyi etmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib