Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu
SİYASƏT
11:50 14.03.2026
210
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilmişdir. Ölkəmiz qitə üçün etibarlı və sabit mavi yanacaq təchizatçısı kimi tanınır. Bu səbəbdən Azərbaycan artıq Pan-Avropa qaz təchizatçısı imicini qazanmış və beynəlxalq enerji bazarında öz mövqeyini daha da möhkəmləndirmişdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı bu əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı marağın olduğunu bir daha göstərdi.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata birgə bəyanatla çıxış edərək əməkdaşlığın əsas istiqamətləri barədə fikirlərini bölüşdülər. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın ən mühüm sahələrindən birinin enerji sektoru olduğunu vurğuladı və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini qeyd etdi.

Dövlət başçısı bildirdi ki, xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” sənədin imzalanmasından sonra Azərbaycan qazının Avropaya ixracı həm həcm, həm də ölkələrin sayı baxımından əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını qəbul edir və ümumilikdə 16 ölkə ölkəmizdən qaz alır. Bu göstərici Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunun getdikcə gücləndiyini və bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm yer tutduğunu nümayiş etdirir.

Beləliklə, Azərbaycan yalnız region üçün deyil, bütövlükdə Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti həm iqtisadi inkişafı sürətləndirir, həm də beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
 
Müəllif: Aidə Məmmədli
Göygöl rayonu üzrə Təhsil sektorunun məsləhətçisi

OXŞAR XƏBƏRLƏR