Avropanın Gənclər paytaxtı Gəncə - Yurd TV-də

GƏNCLİK
16:26 25.11.2013
1576
Xəbər verdiyimiz kimi, Gəncə 2016-ci il Avropa Gənclər Paytaxtı seçilib.
AZXEBER.COM xəbər verir ki, Yurd TV bu hadisəylə bağlı geniş reportaj hazırlayıb.
Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev televiziya müsahibəsində deyib: "Biz bir daha nümayiş etdirdik ki, Azərbaycan demokratik, müstəqil, inkişaf etmiş ölkədir. Azərbaycanın güclü potensialı var. Vətəndaş cəmiyyəti formalaşır. Gənclərimiz dünya miqyasındakı proseslərdə fəal iştirak edirlər. Bu gün Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə, layihələrdə iştirak edirlər, bu sahədə kifayət qədər təcrübələri var. Həm də bu, Azərbaycan üçün müsbət təbliğat və imicdir".
Nazirin müavini həmçinin qeyd edib ki, Azərbaycanda gənclər siyasətinə qoyulan investisiya heç bir ölkədə yoxdur.
AZXEBER.COM Yurd TV-nin həmin reportajını təqdim edir:

OXŞAR XƏBƏRLƏR