Bakı 2015 təşkilatçıları İlk Avropa Oyunlarına qalan bir ilin qeyd edilməsi məqsədilə ziyafət təşkil etmişlər
Bu axşam Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi (AOTK) İlk Avropa Oyunlarına qalan bir ili qeyd etmək üçün Bakının möhtəşəm Buta Sarayında ziyafət mərasimində qonağları salamladı və Azərbaycan bu tədbirdə idmanın öz milli inkişaf strategiyasının mərkəzində olduğuna sadiqliyini bir daha nümayiş etdirdi.
Axşam tədbirin mühüm hissəsi İlk Avropa Oyunlarına dəvətlərin təhvil verilməsi mərasimindən ibarət idi. Bakıya gəlmiş bütün Avropa MOK-ları Avropa Olimpiya Komitəsinin (AOK) Prezidenti Patrik Hikkidən Bakı-2015 Avropa Oyunlarına öz komandalarını gətirmək üçün rəsmi dəvətnamələr aldılar.
Saat 20:15 yayılan dəvətnamələr qədim Azərbaycan xalçasını xatırladan ümumi pannodan hazırlanmışdı və daxilinə Patrik Hikkinin əlyazması ilə qeydi və video faylı qoyulmuşdu ki, orada Bakı-2015 tədbirini yaddançıxmaz təcrübəyə çevirəcək zəngin mədəni irs və innovasiyalar bir araya gətirilmişdir.
Açılış Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən olundu. Qonaqlar Avropanın Milli Olimpiya Komitələrinin (MOK-ların) missiya rəhbərləri və nümayəndələrindən, Avropa ölkələrinin diplomatlarından, Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbərlərindən, Bakı-2015 Avropa Oyunlarının sponsorlarından, maraqlı dairələrdən, səfirlərdən, Azərbaycanın milli idman federasiyalarının yüksək rütbəli nümayəndələrindən və beynəlxalq media nümayəndələrindən ibarət idi.
Toplaşmış qonaqlar qarşısında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirdi: “Biz Oyunları qəbul etməkdən və Avropa Olimpiya Komitələrinin arzusunu reallığa çevirmək işinin bizə həvalə edilməsindən çox fərəhlənirik. İlk Avropa Oyunları atletlərə nəinki öz adlarını tarix kitablarına yazmaq imkanını verir, o cümlədən bizim ölkəmizə gələcək Avropa Oyunları standartlarını müəyyən edəcək unikal tədbiri keçirmək şansını təmin edir.
“Bizi gənc ölkə hesab edə bilərlər, lakin biz əhatəli və müasir Avropada irəliləyişə töhfə vermək arzusundayıq. Biz istərdik ki, bu tədbir Azərbaycanda idman, sosial və iqtisadi tərəqqidə mühüm rol oynasın.”
AOK Prezidenti Patrik Hikki isə, öz çıxışında dedi: “Bakı və Azərbaycan, xüsusən İlk Avropa Oyunlarını qəbul etmək üçün AOK tərəfindən seçildikdən sonra dünya idmanının diqqətini özünə cəlb edib.Azərbaycan gələn yay möhtəşəm idman tədbirinin keçirilməsində tam sadiqliyini davamlı şəkildə nümayiş etdirib və bu, Avropa Oyunları məfhumunu yalnız gücləndirə bilər.
Böyük planlara malik gənc dövlətin özünün uzunmüddətli inkişafının mərkəzində idmanın bu cür qətiyyətlə əks etdirməsini görmək olduqca təqdirəlayiqdir və çox müsbət haldır ki, AOK həmin strategiyada rol oynayır. Bakı-2015 Avropa Oyunları Azərbaycanın və Avropa idmanının gələcəyi üçün çox vədedicidir. Şübhə etmirəm ki, bu, olduqca uğurlu tədbir olacaq”.


