'Avropanın şıltaq oğlu' borc içində üzür

İQTİSADİYYAT
23:14 07.12.2012
2324
Son illər müşahidə olunan iqtisadi böhran Avropanın mənzərəsini xeyli dəyişib. İqtisadi böhran bu qitənin bir çox ölkələrinin xarici borcunu kəskin artırıb. Hazırda xarici borcunun həcminə görə, vəziyyəti ən pis olan ölkə çoxlarının güman etdiyi kimi Yunanıstan deyil, məhz “Avropanın şıltaq oğlu” deyilən İrlandiyadır. Rəsmi rəqəmlərə inansaq, bu ölkənin xarici borcu ümumidaxili məhsuldan təxminən 14 dəfə çoxdur.İrlandiyanın düz 2,5 trilyon dollara yaxın xarici borcu var. Başqa sözlə, İrlandiyada yaşayan hər bir vətəndaşa təxminən 566 000 dollar borc düşür. Böhran ölkədə işsizlər ordusunun artmasına da rəvac verib. Bu ölkədə işsizliyin səviyyəsi son 18 ildə ən yüksək həddə qalxıb.İş o yerə çatıb ki, işsiz irlandlar iş dalınca xaricə üz tutmağa başlayıb. İş üçün miqrasiya edənlərin bir qismi MDB ölkərində belə iş axtarırlar. İrlandiyanın rəsmi orqanlarının açıqlamasına inansaq, bu ölkələr arasında Rusiya, Qazaxıstan, hətta Azərbaycan da var.Əlbəttə ki, belə gedişatdan ilk növbədə sadə vətəndaş narazıdır. Onlar hökuməti yetərli addımlar atmamaqda ittiham edirlər.Ekspert Stenli Vudvord hesab edir ki, İrlandiyanın dövlət xərclərinin artması, eləcə də bu ölkənin büdcəsində müşahidə olunan kəsir hökumətə sosial öhdəliklərini yerinə yetirməyə imkan vermir: “Son böhran dalğasının İrlandiya iqtisadiyyatına 30 milyard avrodan çox ziyan vurduğu güman edilir. Bu isə bizə yaxşı heç nə vəd etmir”.Ekspertlər yarı zarafat, yarı ciddi deyirlər ki, bir vaxtlar iqtisadi inkişafina görə, İrlandiyada məskunlaşan qədim İrland tayfalarından biri olan keltlərin şərəfinə “Kelt pələngi” adlandırılan İrlandiyanın indi nərildəməyə belə gücü qalmayıb. İrlandiyanın iqtisadiyyatının əsas gəlir mənbələri olan turizm, əczaçılıq və yeyinti məhsullarının istehsalı da indi çətin günlərini yaşayır. İrlandlar indi ümidlərini Avropadaki digər qonşularının da üzv olduğu Avropa Birliyinin yardımına bağlayırlar. Qurum artıq bu ölkəyə 85 milyardlıq maliyyə yardımı edib.Təkcə İrlandiya yox, eləcə də böhran içində üzən başı bəlalı Yunanistan, İspaniya və Portuqaliya da tamamilə Avropa Birliyinin ayıracağı yardımdan asılıdır. Mütəxəssislərin Avropanın gələcəyi ilə bağlı bədbin proqnozu da məhz bununla bağlıdır. Sadə dillə desək, əgər bu dövlətlər batsalar, özləri ilə Avropa Birliyinə üzv digər ölkələri də dartacaqlar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir