'Avroparlamentarilər İlqar Məmmədovu, İsa Qəmbəri tanımır'

SİYASƏT
13:00 21.06.2013
1430

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə müzakirə edilir.

Gün.Azxəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qərəzli, Azərbaycan əleyhinə yönəlmiş kampaniyanın tərkib hissəsi olduğunu bildirib.S.Novruzov deyib ki, avroparlamentarilər İlqar Məmmədovu, İsa Qəmbəri belə tanımır:“Qətnamədə qeyd edilir ki, 52 QHT bununla bağlı Avropa Parlamentinə müraciət edib, ancaq o QHT-lərin adları yoxdur.Qətnamədə yazılır ki, İlqar Məmmədov prezidentliyə real namizəd olduğu üçün onun barəsində həbs qərarı verilib. O adam bələdiyyəyə namizəd belə ola bilməyib. Onun prezidentliyə namizəd kimi göstərilməsinin özü qərəzlidir.“Fredom House” təşkilatı da eyni məzmunlu bəyanat verib, sanki bir mərkəzdən idarə olunurlar. Buna səbəb Azərbaycanın uğurlarını gözlərinin götürməməsi, erməni lobbisi ilə birgə hərəkət etmələrinin nəticəsidir”.Siyavuş Novruzov 20 ildir ki, müsavatçıların hüquqlarını müdafiə edən Novella Cəfəroğlunun hesabata qarşı çıxdığı üçün partiyadan çıxarmaq istədiklərini söyləyib:“Bəs sizin ədalətiniz hardadır? Vaqif Səmədoğlu, Şirzad Əyyub, Aynur Camalqızı deputat seçildiyi üçün partiyadan çıxarılıblar. Digər tərəfdən, parlamentdən 20 dəqiqə məsafədə mitinq keçirmək üçün gözəl bir yer var.Elektoratları olmadığı üçün yeri bəhanə edirlər. Yaxud bir sıra insanlar barədə hələ məhkəmə qərarı verilməyib, nə üçün öncədən belə bir bəyanat verirlər?Bu, demokratiya məsələsi deyil, iqtisadi maraqlarına görə belə qərarlar verirlər. Avropada Azərbaycanı istəyən yüzlərlə deputat var. Onların bəziləri Avropa Parlamentinin də üzvləridir. Bizim Avronest Parlament Assambleyasında, digər qurumlarda deputatlarımız var, onlar fəal olmalıdırlar”.Spiker Oqtay Əsədov Avropada Azərbaycanın dostlarının çox olduğunu bildirib:“Avropada 5 erməni təşkilatı var, hərəsində 5-6 avroparlamentari var. Ancaq Azərbaycanın dostları arasında belə məsələlər ortaya çıxanda yaxasını kənara çəkənlər də çoxdur. Azərbaycanın dostlarının 20 faizi orada olsa, belə qərarlar qəbul edilməzdi”.Oqtay Əsədov Avropa Parlamentinə etirazla bağlı vitse-spiker Valeh Ələsgərovun rəhbərliyi altında İşçi Qrupu yaradılmasını təklif edib. O, İşçi Qrupunda millət vəkilləri Səməd Seyidov, Aqiyə Naxçıvanlı, Asim Mollazadə, Gülçöhrə Məmmədova, Əli Hüseynli, Novruz Aslanovun təmsil olunmasını təklif edib. Avropa Parlamenti - Azərbacan Milli Məclisi Əməkdaşlıq Komitəsinin həmsədri vitse-spiker Valeh Ələsgərov deyib ki, vacib məqamlarda Əməkdaşlıq Komitəsinin iclası keçirilməyib:“İldə bir dəfə görüşürük. Ancaq Əməkdaşlıq Komitəsidirsə, il ərzində görüşməli, qanunvericiliklə bağlı məsələlər müzaikrə olunmalıdır. Böyük qardaş ideologiyasını, fikrini qəbul etmirəm.Avropa Parlamenti kimdir ki, onun dediyi ilə oturub-duraq?!Yunanıstanda əhalinin 28 faizi işsizdir, bu, insanların problemləri ilə məşğul olsunlar.2007-2008-ci ildə Gürcüstanın NATO-ya, sonra da Avropa İttifaqına daxil olacağını bildirirdilər. Sonra nə oldu, Gürcüstanın arxasında durdularmı?Bu ölkə bizimdir, qərarlarımızı da özümüz qəbul etməliyik. Avroparlamentarilər Əməkdaşlıq Komitəsinin iclasına belə gəlmirlər”.Millət vəkili Asəf Hacıyev Milli Məclisin bəyanatının adının Avropa Parlamentinə cavab yox, Avropa Parlamentinin 32 deputatına cavab qoyulmasını təklif edib:“Eurovision Mahnı Müsabiqəsi keçirilən zaman Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmişdi.Düşündüm ki, indi Azərbaycanda hansı gözəl hadisə baş verib ki, Azərbaycana qarşı qətnamə qəbul ediblər?! Bu yaxınlarda sıralarında 600 min insanı birləşdirən Yeni Azərbaycan Partiyasının qurultayının keçirildiyini xatırladım”.

OXŞAR XƏBƏRLƏR