Avropaya keçmək istəyən ailə həyatının şokunu yaşadı - 5 uşağını birdən itirdi

Avropaya keçmək istəyən ailə həyatının şokunu yaşadı - 5 uşağını birdən itirdi
DÜNYA
10:56 04.06.2018
5010
Qanunsuz yollarla dəniz vasitəsi ilə Türkiyədən Avropaya keçmək istəyən miqrantların içərisində olduğu qayıq Antalyanın Demre mahalı yaxınlığında batıb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, qayığın batması nəticəsində 9 nəfər boğularaq ölüb, 6 nəfər xilas edilib.

Boğulan 9 nəfərdən 1-i qadın, 6-sı uşaqdır. Ölən uşaqların 5-i qardaş olub.

5 övladı eyni anda ölən Zeynep Osman və İdris Raşit cütlüyünün halı pisləşib, onlara xəstəxanada xüsusi yardım edilib.

Qeyd edək ki, qayıqdakılar Suriya vətəndaşı olublar.
OXŞAR XƏBƏRLƏR