Avropol məktəbdə baş vermiş atışmanın araşdırılmasında İsveç polisinə kömək edir

DÜNYA
06:10 11.02.2025
168
Bir neçə gün qabaq İsveçin Erebru şəhərində məktəbdə baş vermiş atışma ilə əlaqədar Avropol da bu ölkəyə xüsusi işçi qrupu göndərməklə araşdırmalara qoşulub.

AZXEBER.COM xəbər verir ki, qrupun əsas vəzifəsi yeni hücumlarla bağlı potensial təhlükələri müəyyən etmək üçün internet və sosial şəbəkələrin monitorinqini aparmaqdır.

Milli Operativ İdarənin polis rəisi Linda Staafın sözlərinə görə, Avropol İsveç polisinin imkanlarını artıran dəyərli texniki və analitik resurslara malikdir. Agentlik gizlin dinləmə və izləməyə ehtiyac olmadan aşkar informasiyaları analiz edərək "OSİNT” (açıq mənbələr üzrə kəşfiyyat) metodundan istifadə edir.

"Bu cür tapşırıqların yerinə yetirilməsi üçün bizim öz resurslarımız var, lakin Avropolun daha da inkişaf etmiş ekspert bazası var ki, bu da hazırda mövcud çətin vəziyyətdə işə yarayır”, - deyə Staaf qeyd edib.

İsveçdə Avropolun mobil operativ qrupu, həmçinin Haaqadakı qərargahın mütəxəssisləri çalışır. Onlar nəinki İsveçdə, hətta bütün Avropa üzrə internet trafiki izləyir.

Araşdırmaların detalları və Avropolun işinin mümkün nəticələri məxfi saxlanılır.

OXŞAR XƏBƏRLƏR