Avrora qrup məktəblilərə dəstək oldu - FOTOLAR

Avrora qrup məktəblilərə dəstək oldu - FOTOLAR
İQTİSADİYYAT
12:00 18.09.2020
597
15 Sentyabr Bilik Günü ilə əlaqədar Avrora şirkəti sosial məsuliyyət proqramına uyğun olaraq Qusar rayonunun Cağar kənd orta məktəbində təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib. 

AZXEBER.COM xəbər verir ki, görüşdə çıxış edən məktəb direktoru və Avrora şirkətinin əməkdaşları şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib,  onlara uğurlar arzulayıb. 

Məlumat üçün bildirək ki, Avrora 2020-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd sosial təminatı zəif uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

#AvroraQrup #BilikGünü #birincilər #Qusar #Cağar #məktəb #AvroraMMC
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR