"Avroviziya"da səsvermə qaydaları dəyişdi

"Avroviziya"da səsvermə qaydaları dəyişdi
MAQAZİN
12:59 21.11.2025
119
Avropa Yayım Birliyi (EBU) 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin səsvermə qaydalarında şəffaflığı, ədaləti və ümumi etibarı artırmaq üçün bir sıra mühüm yeniliklər elan edib.

AZXEBER.COM xəbər verir ki, peşəkar münsiflər yenidən yarımfinal mərhələsinə qayıdır.

2022-ci ildən sonrakı fasilədən sonra bu il televiziya və münsif səsi təxminən 50/50 nisbətində bölünəcək. Münsiflərin sayı isə 5-dən 7-yə yüksəldilir. Heyətlərin tərkibi də yenilənir: siyahıya musiqi jurnalistləri, müəllimlər, xoreoqraflar, səhnə rejissorları kimi müxtəlif sahələrin peşəkarları daxil edilir.
 
Bundan əlavə, hər bir ölkənin münsif heyətində mütləq şəkildə 18–25 yaş aralığından ən azı iki nəfər olmalıdır ki, gənc baxış bucağı da təmsil olunsun.
 
Aysel
OXŞAR XƏBƏRLƏR