Rotterdamda keçirilməsi planlaşdırılan "Avroviziya 2020”yə terror hücumu hazırlayan İsveç vətəndaşı Aleksandr H. barədə məhkəmə hökmü çıxarılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Aleksandr H. müsabiqə zamanı partlayıcı və zəhərləyici maddələrdən istifadə etməyi planlaşdırıb. O, eləcə də, vintilyasiya sisteminə zəhərli qaz buraxaraq mümkün qədər çox şəxsin həyatına son qoymağı da düşünüb.
Təhlükəsizlik orqanları hücumun qarşısını vaxtında alıb. 5 ildir davam edən məhkəmədə təqsirləndirilən Aleksandr H. üçün 8 il həbs versə də, cəzanın 6 ili şərti hesab olunub.
"Avroviziya” kimi beynəlxalq tədbirlər tarixən yüksək təhlükəsizlik riski daşıyır. Xüsusilə 2012-ci ildə Bakıda keçirilən "Avroviziya” ərəfəsində də mümkün terror təhdidlərinin qarşısı alınmışdı.
Aysel









































