Avstraliya DÇ-2034-ün evsahibliyindən imtina edib

İDMAN
19:23 31.10.2023
204
Avstraliya Futbol Federasiyası (FFA) 2034-cü ildə keçiriləcək dünya çempionatına evsahibliyi etmək üçün namizədliyini verməkdən imtina edib.

Bu barədə FFA rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Bildirilib ki, DÇ-2034-ü təşkil etmək imkanını araşdırdıqdan sonra buna ehtiyac duyulmayıb: "Bütün amilləri nəzərə alaraq, 2034-cü ildə reallaşacaq mundial üçün ərizə göndərməmək qərarına gəldik".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə evsahibliyi etmək üçün rəsmi müraciət ünvanlayıb.
OXŞAR XƏBƏRLƏR