Əfqanıstandan 1 700 nəfər evakuasiya edilib.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Skot Morrison məlumat yayıb.
Bildirilib ki, son sutkada 600 nəfər olmaqla, ümumilikdə 1 700 nəfər Əfqanıstandan çıxarılıb.
Avstraliya Müdafiə Nazirliyindən təxliyə edilənlərin ilkin olaraq BƏƏ-yə aparıldığı, bu ölkədəki hərbi bazada yerləşdirildiyi və təxminən 270 nəfərin isə artıq buradan Avstraliyanın Melburn şəhərinə göndərildiyi bildirilib.