Avstraliya hökuməti Rusiyaya bağlı 14 şəxsə qarşı əlavə hədəfli maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, sanksiyalar Rusiyada siyasi ifadə azadlığını boğmaqda və Ukraynaya qarşı qeyri-qanuni və qeyri-əxlaqi işğala şərait yaratmaqda məsuliyyət daşıyan şəxsləri əhatə edir.