Avstraliya Ukraynaya hərbi yardımın həcmini açıqlayıb

Avstraliya Ukraynaya hərbi yardımın həcmini açıqlayıb
DÜNYA
19:17 12.07.2024
208
Avstraliya Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır.

Bu barədə ölkənin müdafiə naziri Riçarld Marlz açıqlama verib.

O bildirib ki, sözügedən paket özündə hava hücumundan müdafiə sistemləri və idarəolunan raket kompleksləri, eləcə də digər xarakterli silah-sursatın və şəxsi heyət üçün ayaqqabıların Ukraynaya tədarükünü ehtiva edir.

R. Marlz onu da əlavə edib ki, ölkəsi bundan sonra da Ukraynanın hərbi təchizatını davam etdirəcək.
 
///APA
OXŞAR XƏBƏRLƏR