Avstraliya vətəndaşlara xəbərdarlıq etdi - Bu ölkələrə getməyin

Avstraliya vətəndaşlara xəbərdarlıq etdi - Bu ölkələrə getməyin
DÜNYA
11:52 02.03.2026
276
Avstraliya hökuməti Yaxın Şərqdə artan gərginlik fonunda bir sıra ölkələr üzrə səyahət xəbərdarlıqlarını ən yüksək səviyyəyə çatdırıb. Rəsmi açıqlamaya əsasən, Avstraliya İsrail, Livan, Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri üçün "səyahət etməyin” çağırışı edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, ölkənin xarici işlər naziri Penni Vonq İrandakı hadisələri qiymətləndirib və Avstraliyanın İrana qarşı hücumlarda iştirak etmədiyini, gələcəkdə də belə bir niyyətinin olmadığını bildirib.

"Biz Yaxın Şərqdəki problemlərin mərkəzində deyilik”, – deyə Vonq vurğulayıb. O, həmçinin qeyd edib ki, zərurət yaranacağı təqdirdə İrana qarşı sanksiyalar tətbiq oluna bilər.

Nazir İsrail, Livan, Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri üzrə səyahət xəbərdarlıqlarının ən yüksək – "səyahət etməyin” səviyyəsinə qaldırıldığını açıqlayıb və həmin ölkələrdə olan Avstraliya vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR